Dubravka Djedoviç: “Serbiya bu qış Azərbaycandan qaz nəqlinin artırılması ilə enerji təhlükəsizliyini gücləndirəcək”
Serbiya qarşıdan gələn qış aylarında Azərbaycandan 1 milyon kubmetr qazın təhlükəsiz tədarükünə arxalana biləcək ki, bu da ölkənin enerji təhlükəsizliyini gücləndirəcək.
"Report" Serbiyanın Mədənçilik və Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Belqradda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla danışıqlar zamanı qurumun rəhbəri Dubravka Djedoviç deyib.
“Serbiya ilə Azərbaycan arasında münasibətlər prezidentlər Aleksandr Vuçiç və İlham Əliyevin səyləri nəticəsində strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Siyasi əməkdaşlıqla yanaşı, iki ölkə iqtisadi əməkdaşlığı da əhəmiyyətli dərəcədə yaxşılaşdırıb ki, burada energetika əsas sektorlardan biridir”, - o vurğulayıb.
D.Djedoviç xatırladıb ki, ötən il Bakıda iki ölkənin müvafiq nazirlikləri və qaz şirkətləri arasında 2026-cı ilə qədər Azərbaycandan Serbiyaya illik 400 milyon kubmetrədək qaz tədarükünə dair əməkdaşlıq sazişləri imzalanıb: "Srbijagas” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında sentyabrın 26-da imzalanmış sazişlər qarşıdan gələn qış mövsümündə Serbiyanın enerji təhlükəsizliyini gücləndirməyə imkan verəcək. Çünki biz noyabrın 1-dən gələn ilin martın 31-nə qədər Azərbaycandan gündəlik bir milyon kubmetr qaz tədarükünə cəsarətlə arxalana biləcəyik".
Onun sözlərinə görə, bir gün əvvəl iki ölkənin energetika nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu öz növbəsində Bakı ilə Belqrad arasında “yaşıl enerji” sahəsində əməkdaşlığı gücləndirəcək.
“Bu sənəd enerji keçidi çərçivəsində əməkdaşlıq, o cümlədən “yaşıl enerji”yə birgə investisiyalar, yeni texnologiyaların tətbiqi və s. üçün geniş imkanlar açır. Beləliklə, Serbiya ilə Azərbaycan arasında enerji əməkdaşlığı ikitərəfli münasibətlərimizin yaxşılaşdırılmasına mühüm töhfə verməklə hərtərəfli və strateji xarakter alır”, - nazir vurğulayıb.
Oxşar xəbərlər
Dubravka Cedoviç: "Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq"
Azərbaycan Serbiya ilə təbii qaz və “yaşıl enerji” üzrə sənədlər imzalayıb
Rumıniya-Serbiya Qaz İnterkonnektorunun tikintisinə dair memorandum imzalanıb
Azərbaycan və Serbiya arasında qaz təchizatı üzrə müqavilə imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
