

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİİTA-nın idmançı və məşqçi-müəllimləri ilə görüş olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları və məşqçi-müəllimləri ilə görüş keçirilib.
Görüşdə Konfederasiyanın sədri Sahib Məmmədov idmançıları və məşqçiləri qazanılan nailiyyətlərə görə təbrik edib. Əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu gənclər və idman siyasətinin hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdıran sədr ölkəmizin idman uğurlarından danışıb, diqqətə çatdırıb ki, aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan idman və olimpiya hərəkatının inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biri hesab olunur.
Gənc nəslin sağlamlığının təmin edilməsində, gənclərimizin Vətənə, xalqa layiqli övlad kimi yetişməsində idmanın əvəzsiz rolunu qeyd edən Konfederasiya sədri cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas amillərdən birinin də məhz sağlam ruhlu, vətənpərvər gənclərimiz olduğunu vurğulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ölkəmizdə həyata keçirilən uğurlu idman və gənclər siyasətinə töhfə verir, AHİİTA-nın idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərir, medallar qazanırlar.
Sonra çıxış edən AHİİTA-nın direktoru Tural Qasımov idmançıların nəticələri barədə ətraflı məlumat verib.
Rumıniyada keçirilən 15-ci Avropa Karate Çempionatında qızıl medal qazanmış Fatimə Cəbrayılova diqqət və dəstəyə görə idmançılar adından təşəkkürünü bildirib və qarşıdakı yarışlara hazırlaşdıqlarını qeyd edərək, idmançıların qələbə əzmində olduqlarını bildirib.
AHİİTA-nın boks və yunan-Roma güləşi üzrə məşqçi-müəllimləri - Ceyhun Rüstəmov və Akif Əliyev çıxış edərək dövlətimizin idman siyasətindən, AHİİTA-da idmançıların yetişməsi üçün yaradılan şəraitdən bəhs ediblər.
Sonda göstərdikləri yüksək nəticələrə görə idmançılara və məşqçi-müəllimlərə təşəkkürnamə və mükafatlar təqdim olunub.
Oxşar xəbərlər
Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibi dəyişib
Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib
AHİK: Müəssisə və təşkilatlarda aşkar edilən pozuntuların 85 %-i aradan qaldırılıb
AHİK-də Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş olub
Azərbaycan Boks Federasiyası və AHİTA arasında əməkdaşlığa dair görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
