Azərbaycan Boks Federasiyası və AHİTA arasında əməkdaşlığa dair görüş keçirilib
Azərbaycan Boks Federasiyası (ABF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA) əməkdaşlığa dair görüş keçirilib.
ABF-nin mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, toplantıda qurumun baş katibi Nağı Səfərov və AHİTA-nın direktoru Tural Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Tərəflər arasında aparılan müzakirələrdə boks idman növünün inkişaf etdirilməsi, birgə idman layihələrinin icrası, çempionat və turnirlərin təşkili, eləcə də gənclərin bu idman növünə marağının artırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Nağı Səfərov bildirib ki, Azərbaycan Boks Federasiyası ölkədə boksun daha da inkişafı və kütləviləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, AHİTA ilə əməkdaşlıq bu sahədə həm idmançılar, həm də gənclər üçün yeni imkanlar yaradacaq.
Tural Qasımov isə sağlam həyat tərzinin təşviqində boks kimi fiziki və mənəvi cəhətdən gücləndirici idman növlərinə xüsusi yer ayırdıqlarını vurğulayıb. O, federasiya ilə birlikdə reallaşdıracaqları layihələrin gənclərin inkişafı və idman dəyərlərinin aşılanması baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Karate Federasiyası və AHİTA arasında əməkdaşlıq müzakirə edilib
Naxçıvan Boks Federasiyası fəaliyyətini dayandırıb
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Naxçıvanda 100 illik yubileyə həsr olunmuş boks birinciliyi keçirilir
IBA-nın Texniki Komitəsinin sabiq sədri Azərbaycana gəlib, məşqçilərə seminar keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
