AHİK: Müəssisə və təşkilatlarda aşkar edilən pozuntuların 85 %-i aradan qaldırılıb
Azərbaycanda 2024-cü il ərzində texniki əmək müfəttişləri tərəfindən yoxlama aparılan müəssisə və təşkilatlarda aşkar edilmiş 1 454 pozuntunun 85 %-i aradan qaldırılıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 436 müəssisə və təşkilatda yoxlamalar aparılıb: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qarşısında duran əsas vəzifələrdən biri iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradırılması, işçilərin bədbəxt hadisələrlə qarşılaşmaması üçün öncədən lazımi tədbirlərin həyata keçirilməsi ilə ictimai nəzarətin təmin edilməsidir. Bununla əlaqədar olaraq Həmkarlar İttifaqları olan müəssələrdə əmək müfəttişləri mütəmadi nəzarət, profilaktika və maarifləndirmə işlərini həyata keçirirlər".
Oxşar xəbərlər
Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yeni sosial layihəyə start verir
BƏT rəsmisi: Paris Sazişinin yerinə yetirilməsində geriləmə var
Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyindən istefa verib, yeni sədr seçilib
Sahib Məmmədov: “Vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasında sahibkarların əməyi var”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













