Azərbaycan və Sloveniya arasında əməkdaşlıq haqqında iki sənəd imzalanıb
Bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu çərçivəsində imzalanmış ticarət sazişi Sloveniya və Azərbaycan iqtisadiyyatlarının rəqəmsallaşdırılmasının müxtəlif istiqamətlərində əməkdaşlığın inkişafına təkan verəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “SPIRIT Slovenia” agentliyinin beynəlmiləlləşmənin təşviqi sektorunun rəhbəri Tanya Drobniç (Tanja Drobnič) Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu zamanı bildirib.
Onun sözlərinə görə, Sloveniya və Azərbaycan arasında xidmət və məhsulların geniş spektrinin həyata keçirilməsi imkanı mövcuddur.
"Ölkələrimizin sənayesinin rəqəmsallaşdırılması birgə inkişaf üçün böyük fürsətdir. Bu gün Sloveniyanın “Kontron” şirkəti ilə Azərbaycanın “Bestcomp” şirkəti arasında imzalanmış əməkdaşlıq memorandumu, şübhəsiz ki, hər iki ölkənin iqtisadiyyatlarının rəqəmsallaşdırılması sahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi yolunda mühüm addım olacaq", - T.Drobniç vurğulayıb.
Oxşar xəbərlər
İqtisadiyyat Nazirliyi: Sloveniya Azərbaycanın Aİ-də ideal logistika və biznes mərkəzidir
Tanya Drobnik: “Azərbaycanda və Sloveniyada birgə istehsalın təşkili yolu ilə bazarlara çıxmaq olar"
Bakıda Azərbaycan-Sloveniya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun I iclası keçiriləcək
Tural Hacılı: “Azərbaycan və Sloveniya üçüncü ölkələrə ixrac üçün birgə müəssisələr yarada bilər”
Sloveniya Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
