Tural Hacılı: “Azərbaycan və Sloveniya üçüncü ölkələrə ixrac üçün birgə müəssisələr yarada bilər”
Azərbaycanla Sloveniya üçüncü ölkələrə ixrac üçün birgə müəssisələrin yaradılmasını nəzərdən keçirə bilər.
"Sizinxeber.az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Sloveniya arasında 2024-cü ildə ticarət dövriyyəsi 30,8 milyon ABŞ dolları, ixrac isə 8,1 milyon ABŞ dolları təşkil edib: “Bununla belə, bu il ticarətdə nəzərəçarpacaq artımın şahidi oluruq. 2025-ci ilin ilk iki ayında ticarət dövriyyəsi 67 %, ixrac isə 66 % artıb. Bu, bu sahədə böyük artım potensialından xəbər verir".
Qeyd edək ki, biznes forum çərçivəsində B2B, B2G görüşləri keçirilib.
Oxşar xəbərlər
Bakıda Azərbaycan-Sloveniya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun I iclası keçiriləcək
AZPROMO: Pakistana yaxın gələcəkdə ixrac missiyası təşkil olunacaq
AZPROMO Latviyaya ixrac missiyası təşkil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
