Tanya Drobnik: “Azərbaycanda və Sloveniyada birgə istehsalın təşkili yolu ilə bazarlara çıxmaq olar"
Azərbaycan və Sloveniya arasında əməkdaşlığın inkişafı üçün rəqəmsallaşma, dərman sənayesi, qida məhsulları və kənd təsərrüfatı texnologiyaları sahələri geniş potensiala malikdir.
Bu barədə “Sizinxeber.az”a açıqlamasında Sloveniyanın “SPIRIT Slovenia” Biznesin İnkişafı Agentliyinin katibi Tanya Drobnik (Tanja Drobnik) məlumat verib.
Onun sözlərinə görə, qeyd olunan sahələr hər iki ölkə üçün biznes imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Bu gün Bakıda Azərbaycan-Sloveniya biznes forumunun keçirilməsi planlaşdırılır. Tədbirdə Sloveniyadan beş şirkət iştirak edir. Onların fəaliyyət istiqamətləri əsasən tikinti, avtomatlaşdırma, elektron məlumat texnologiyaları və kənd təsərrüfatı üçün dron istehsalı sahələrini əhatə edir. Şirkətlərin əsas maraqları isə Azərbaycanda və ya Sloveniyada birgə istehsalın təşkili yolu ilə bazarlara çıxış imkanlarının genişləndirilməsidir", - deyə o qeyd edib.
T. Drobnik həmçinin vurğulayıb ki, rəqəmsallaşma sahəsi biznesin inkişafı baxımından xüsusilə yüksək perspektivlər vəd edir:
"Rəqəmsallaşma biznesin inkişafına töhfə verə biləcək sahələrdən biridir. Bundan əlavə, dərman sənayesi də əməkdaşlığın prioritet istiqamətləri sırasındadır. Lakin mənim şəxsi qənaətimə görə, ən böyük potensial ərzaq istehsalı və kənd təsərrüfatının mexanikləşdirilməsi sahələrində mövcuddur. Bu istiqamətlər üzrə əməkdaşlıq Azərbaycan və Sloveniya arasında iqtisadi əlaqələrin dərinləşməsinə ciddi töhfə verə bilər”.
Oxşar xəbərlər
Nazir: Gələn il Azərbaycan-Sloveniya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunacaq
Bakıda Azərbaycan-Sloveniya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun I iclası keçiriləcək
Azərbaycan və Belarus baytarlıq preparatlarının istehsalı üzrə birgə müəssisə yaratmağı planlaşdırır
Mixail Yevdokimov: "Bakı və Moskva sürətləndirilmiş dəmir yolu və multimodal daşımalar layihəsi üzərində işləyir"
Bu il Azərbaycanın pomidor ixracı 5 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












