Vladimir Bolya: "Azərbaycan Moldovanın ticarət tərəfdaşları arasında 57-ci yeri tutub"
sizinxeber.az xəbər saytı

Vladimir Bolya: "Azərbaycan Moldovanın ticarət tərəfdaşları arasında 57-ci yeri tutub"


Azərbaycan ötən il Moldovanın ticarət tərəfdaşları arasında 57-ci yeri tutub.

“Sizinxeber.az” xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolya bu gün Bakıda keçirilən Azərbaycan-Moldova biznes forumunda bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin cari göstəriciləri hər iki tərəfin qeyd etdiyi müsbət dinamikanı əks etdirir:

"Moldova Milli Statistika Bürosunun məlumatlarına görə, Moldova ilə Azərbaycan arasında ikitərəfli ticarətin həcmi (2024-cü ildə Dnestr çayının sol sahilindəki və Bender bələdiyyəsindəki müəssisələr istisna olmaqla) 12 milyon ABŞ dolları təşkil edib. Bunun 6,75 milyon ABŞ dolları Moldovadan ixracın, 5,64 milyon ABŞ dolları Azərbaycandan idxalın payına düşüb. Azərbaycan Moldovanın ticarət tərəfdaşları arasında 57-ci yeri tutub. Bu, ticari-iqtisadi əməkdaşlığın aktivləşdirilməsinin və onun potensialının hər iki ölkənin maraqlarına uyğun açılmasının zəruriliyini göstərir".

Baş nazirin müavini vurğulayıb ki, bugünkü biznes forumun əsas vəzifələrindən biri bu münasibətləri möhkəmləndirməkdir.

Oxşar xəbərlər

Baş nazirin müavini: Azərbaycanla Moldova iqtisadi əlaqələri daha da gücləndirilməlidir
Vladimir Bolya: “Biz Azərbaycan şirkətlərini Moldovanın aviasiya mərkəzinə sərmayə qoymağa dəvət edirik”
Azərbaycan və Latviya arasında investisiyaların həcmi açıqlanıb
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi ötən il 1,3 milyard dolları ötüb
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 14 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər