Vladimir Bolya: “Biz Azərbaycan şirkətlərini Moldovanın aviasiya mərkəzinə sərmayə qoymağa dəvət edirik”
Moldova Azərbaycan şirkətlərini ölkənin aviasiya mərkəzinə investisiya qoymağa dəvət edir.
Bu barədə “Sizinxeber.az”a müsahibəsində Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolya bildirib.
“Biz Moldovada həm sərnişin, həm də yük daşımaları üçün müasir aviasiya mərkəzi yaratmaq niyyətindəyik. Azərbaycanlı investorları Moldovaya gəlməyə və bu layihədə iştirak etməyi nəzərdən keçirməyə dəvət edirik. Bu gün həmçinin hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək və burada biz Moldovanın investisiya imkanlarını təqdim edəcəyik”, - o qeyd edib.
Nazir bildirib ki, Moldova Ukraynanı Avropa İttifaqı ilə və əksinə - Aİ-ni Ukrayna ilə birləşdirən bütün ticarət dəhlizlərinə qoşulmağa çalışır.
“Məqsədimiz bu marşrutların mühüm həlqəsinə, logistika mərkəzinə çevrilməkdir ki, bu da iqtisadi inkişafa və xarici ticarət əlaqələrinin gücləndirilməsinə töhfə verəcək. Bu kontekstdə biz avtomobil yolu, dəmir yolu və aviasiya infrastrukturumuzun ümumi Avropa şəbəkəsinə inteqrasiyası üzərində fəal şəkildə işləyirik”, - V.Bolya əlavə edib.
Onun sözlərinə görə, dünən Baş nazir Əli Əsədovla görüş oldu və biz Azərbaycan tərəfinin tam dəstəyini hiss edirik.
“2022-ci ildən etibarən hökumətlərimiz arasında güclü və konstruktiv münasibətlər qurulub. Bu, artıq yüksək səviyyədə keçirilən ikinci görüşdür və bu gün hökumətlərarası komissiyanın altıncı iclası keçirilib. İclasda Moldovanın Aİ-yə yaxınlaşması yolunda Azərbaycanın tərəfdaşı kimi potensialını müzakirə etdik”, - baş nazirin müavini bildirib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Baş nazirin müavini: "Aİ bazarına kvotasız çıxış Moldovanın aqrar sektorunu azərbaycanlı investorlar üçün perspektivli edir"
Vladimir Bolya: “Moldova Azərbaycanla uzunmüddətli qaz müqavilələri ilə bağlı fəal danışıqlar aparır” – MÜSAHİBƏ
Moldova SOCAR ilə 3 istiqamətdə əməkdaşlıqda maraqlıdır
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Azərbaycan Özbəkistanın tikinti sektoruna investisiya yatıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












