Baş nazirin müavini: Azərbaycanla Moldova iqtisadi əlaqələri daha da gücləndirilməlidir
Azərbaycan 2024-cü ildə Moldovanın bütün ticarət tərəfdaşları arasında 57-ci yeri tutub.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə Azərbaycan-Moldova biznes forumu zamanı Moldova Baş nazirinin infrastruktur və regional inkişaf üzrə müavini Vladimir Bolya deyib.
Onun sözlərinə görə, Moldova və Azərbaycan arasında ticarət dövriyyəsinə dair göstəricilər hər iki tərəfin müşahidə etdiyi müsbət dinamikanı əks etdirir.
“2024-cü ildə Dnestr çayının sol sahilində yerləşən müəssisələr və Bender bələdiyyəsi nəzərə alınmadan, Moldova ilə Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 12 milyon ABŞ dolları təşkil edib. Bunun 6,75 milyon dolları ixracın, 5,64 milyon dolları isə idxalın payına düşür. Azərbaycan Moldovanın bütün ticarət tərəfdaşları arasında 57-ci yeri tutub və bu, bizim üçün yalnız bir şey deməkdir. Biz ticarət-iqtisadi münasibətlərimizi gücləndirməli və hər iki ölkənin maraqları naminə əməkdaşlıq potensialını tam şəkildə açmalıyıq. Bu gün keçirilən biznes forumunun əsas məqsədlərindən biri də bu münasibətlərin möhkəmləndirilməsidir”, – deyə o, bildirib.
Oxşar xəbərlər
Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb
Ceyhun Bayramov Moldovanın XİN-in dövlət katibini qəbul edib
Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 428 milyon dollar olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
