Nazir müşaviri: "Gələn il Azərbaycan rəqəmsal iqtisadi inkişaf strategiyasının icrasına başlayacaq”
2025-ci ildə Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişaf strategiyasını həyata keçirəcək.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
O bildirib ki, 51 əsas təşəbbüsü özündə birləşdirən bu strategiya insan kapitalının inkişafı, innovasiyaların və rəqəmsallaşmanın təşviqi, biznes proseslərinin rəqəmsallaşdırılması kimi əsas sahələrə diqqət yetirəcək: "Bu cür strategiyaların ümumi məntiqi var və biz onların uğurlu olacağına ümid edirik. Strategiyanın icrası çərçivəsində rəqəmsal iqtisadiyyat ekosisteminin davamlı inkişafının qiymətləndirilməsi və təmin edilməsi üçün tədqiqat və təhlillər aparılacaq. Bu, Azərbaycan üçün prioritet məsələdir. Ölkəmizin coğrafi mövqeyi və insan potensialı ilə yanaşı, dövlət proqramları rəqəmsal iqtisadiyyat strategiyasının həyata keçirilməsi üçün lazımi şəraiti təmin edəcək".
Oxşar xəbərlər
Fariz Cəfərov: "Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq"
Səməd Bəşirli: "Azərbaycanda qlobal iqtisadi çağırışlara adekvat yanaşır"
Sahib Ələkbərov: "Yaşıl iqtisadiyyat" və kibertəhlükəsizlik məsələləri balanslaşdırılmalıdır"
Azərbaycanda rəqəmsallaşmanın iqtisadi dəyərin yaradılmasına təsiri üçün tədbirlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
