Azərbaycanda rəqəmsallaşmanın iqtisadi dəyərin yaradılmasına təsiri üçün tədbirlər açıqlanıb
- 4-09-2024, 14:30
- İKT
- 0
- 1 160
Azərbaycanda rəqəmsallaşmanın tətbiqi zamanı iqtisadi dəyərin yaradılması üçün innovasiya ekosisteminin inkişafı ilə yanaşı biznes mühitində rəqəmsallaşmanın təşviqi, biznesin rəqəmsallaşmasına dəstəyin göstərilməsi vacibdir.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.
"Bütün istiqamətlərdə rəqəmsallaşmanı təmin etsək ancaq cəmiyyət buna hazır olmasa o zaman dəyər yarada bilməyəcəyik. Bunu nəzərə alaraq bir sıra fundamental istiqamətdə təkmilləşdirmə və layihələrin həyata keçirilməsinə zərurət yaranır. Bura, infrastrukturun gücləndirməsi, hökümət buludunun inkişafı, 5G texnologiyasının genişləndirilməsi, əşyaların interneti texnologiyalarının tətbiqi, rəqəmsal idarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, süni intellektin tətbiqi və bununla bağlı yarana biləcək risklərin qarşısının alınması üçün kibertəhlükəsizliyin inkişaf etdirilməsi və son olaraq insan kapitalının inkişafı daxildir. Bütün qeyd edilən istiqamətdə müvafiq fəaliyyət həyata keçirilir", - deyə o qeyd edib.
Cəmiyyətin rəqəmsallaşmasının zərurətindən danışan Ş. Əliyev bu yöndə konkret hədəflərin müəyyən olunduğunu diqqətə çatdırıb: "Belə ki, rəqəmsal hökümət istiqamətində vətəndaş və biznesdən ən azı 85 % məmnuniyyət göstəricinə nail olmaq, digital loqin sisteminin bütün dövlət orqanlarında informasiya sistemlərinə tətbiq edilməsi, rəqəmsal şəxsiyyət vəsiqəsi istifadəçilərinin 1 milyona çatdırılması, login istifadəçilərinin sayının 4 milyona çatdırılması, 3 milyon vətəndaşın elektron imza ilə təmin edilməsi, kağızsız ödənişlərin həcminin 70 %-ə çatdırılması, vətəndaş-dövlət arasında olan münasibətlərin minimum 80 %-nin rəqəmsal mühitdə baş verməsi, ən azı 65 % vətəndaşın kibertəhlükəsizlik üzrə savadlılığının təmin olunması planlaşdırılır".


width="220" alt="Azərbaycanda rəqəmsallaşma üzrə milli reytinq sistemi istifadəyə veriləcək" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />