Dövlət Xidməti 7 ayda rəqabətin məhdudlaşdırılması üzrə 97 müraciətə baxıb
sizinxeber.az xəbər saytı

Dövlət Xidməti 7 ayda rəqabətin məhdudlaşdırılması üzrə 97 müraciətə baxıb


Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə müvafiq bazarlarda rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə 97 müraciətə baxıb.

"Sizinxeber.az" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 7 ayda rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə baxılmış müraciətlərin 71 %-i və ya 69-u təmin edilib.

"Hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı və rəqabətə zidd digər davranışlarının təsbit edilməsi istiqamətində tədbirlərini davam etdirilir", - deyə Dövlət Xidməti bəyan edib.

Oxşar xəbərlər

Dövlət Xidməti I yarımildə 190 min manat maliyyə sanksiyası tətbiq edib
İnternet qiymətindəki kəskin artıma görə araşdırma başlandı
Dövlət Xidməti genişzolaqlı internet xidməti bazarında araşdırmaya başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər