Naxçıvanda 5 ayda sahibkarlara 67 təsdiqedici sənəd təqdim edilib
Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri çərçivəsində bu ilin yanvar–may aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 67 təsdiqedici sənəd təqdim edilib.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, sənədlərdən 5-i texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 62-si isə xammal və materialların idxalı üçün verilib.
Bu sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 1,5 milyon manat olan texnika, texnoloji avadanlıqlar və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Koreya kimi ölkələrdən ümumi dəyəri 5,2 milyon manat olan xammal və materiallar rüsumsuz idxal edilib.
Nəticədə cari ilin ilk 5 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 1,8 milyon manat məbləğində güzəşt əldə ediblər.
Oxşar xəbərlər
Azad edilmiş ərazilər üzrə idxal üçün sənəd icazələr siyahısına daxil edilib
İşğaldan azad olunmuş ərazilərə idxalda vergi və rüsum azadolmalarına dair hüquqi mexanizm genişləndirildi
Azərbaycandakı sənaye parklarının rezidentləri indiyə qədər 520 milyon manat vəsaitə qənaət ediblər
Naxçıvanda son 11 ayda sosial müavinətlər üzrə 37,9 milyon manat ödənilib
Ağdam Sənaye Parkında son 7 ayda 85 milyon manatlıq məhsul istehsal olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
