Vüsal Qasımlı: “Qlobal halal iqtisadiyyatın həcmi 2030-cu ilə qədər 5 trilyon dollara çatacaq”
sizinxeber.az xəbər saytı

Vüsal Qasımlı: “Qlobal halal iqtisadiyyatın həcmi 2030-cu ilə qədər 5 trilyon dollara çatacaq”


Qlobal halal iqtisadiyyatın həcmi 2020-ci ildəki 2,3 trilyon ABŞ dollarından 2030-cu ilə qədər 5 trilyon ABŞ dollara qədər artacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı "Halal İqtisadiyyat" adlı dərs vəsaitinin təqdimatında bildirib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, halal iqtisadiyyatın gələcəkdə ölkəyə valyuta gətirən ixrac istiqamətinə çevrilməsi planlaşdırılır: “Halal iqtisadiyyata aid kitabın yazılması dövrün tələbi idi. Halal qida məhsullarının təmin olunması çox önəmlidir. Bu, sadə bir məsələ deyil. Artıq halal iqtisadiyyat təkcə qida sənayesinin sərhədlərini çoxdan keçib. İndi kifayət qədər geniş istiqamətlər və sahələri əhatə edir".

O vurğulayıb ki, kitab Azərbaycanın müsəlman dünyası ilə iqtisadi əlaqələrinin daha da möhkəmlənməsində əhəmiyyətli mənbə olacaq.

Qeyd edək ki, kitabı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan İlahiyyat İnstitutu birgə hazırlayıb. Ümumilikdə 8 fəsildən ibarət kitabda halal iqtisadiyyata dair şəriət tələbləri, halal idarəetmənin etik məsələləri, ticarət əqdlərində halallıq prinsipləri, halal turizm, qlobal halal ticarət dinamikası və bununla bağlı çağırışlar, Azərbaycanda halal iqtisadiyyatın sahibkarlığın inkişafına təsir perspektivləri kimi məsələlər ətraflı təhlil edilir.

Oxşar xəbərlər

Rektor: Halal qida sektoru iqtisadiyyatı iki trilyon dollardan yüksəkdir
Malayziyanın keçmiş naziri: "Halal sənayesi qlobal biznes istiqamətinə çevrilib"
İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır”
AQTİ: Azərbaycanda 14 müəssisə “HALAL” sertifikatı almaq üçün müraciət edib
Pakistan Şurası: Qlobal halal ticarət üçün HS kodlarının olmaması əsas maneədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər