Elnur Bağırov: "WUF13 zamanı standartların tətbiqi xüsusi əhəmiyyət kəsb edir"
Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasında (WUF13) ekoloji məsuliyyət, sosial inklüzivlik və iqtisadi səmərəlilik prinsiplərinin təmin edilməsində standartların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatında bildirib.
Onun sözlərinə görə, WUF13 ölkəmizin şəhər idarəçiliyi, innovativ infrastruktur layihələri və ekoloji dayanıqlılıq sahəsindəki təcrübəsini dünyaya təqdim etməyə, həmçinin digər ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsinə imkan yaradacaq: "Əminliklə deyə bilərik ki, bu tədbirin təşkil edilməsi təkcə yüksək təşkilati səviyyə ilə deyil, eyni zamanda ekoloji məsuliyyət, sosial inklüzivlik və iqtisadi səmərəlilik prinsiplərinin təmin olunması ilə xarakterizə olunur. Məhz bu prinsiplərin təmin edilməsində standartların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, standartlaşdırma yüksək səviyyədə inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsidir".
Sədr qeyd edib ki, keyfiyyət müasir tələblərə cavab verən malların və xidmətlərin istehsalı, onların keyfiyyətinin təmin olunması üçün əsasdır: "Rəqabət davamlılığının artırılması və dünya bazarına çıxış üçün standartlaşdırma sistemi mühüm rol oynayır".
Oxşar xəbərlər
Adil Məmmədov: "Azərbaycan tədbir təşkilatçılığı sahəsində təcrübə ixrac edir"
Elnur Bağırov: "Bir çox ticarət şəbəkələri yerli məhsullar satmağa üstünlük verir"
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
Elnur Bağırov: "Məqsədimiz sahibkarları cərimələmək deyil"
Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda WUF13-də iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
