Niderlandda avtomobilin uşaqları vurması nəticəsində ölənlərin sayı dördə çatıb
Niderlandın cənub-qərbindəki Zelandiya əyalətində avtomobilin velosiped sürən məktəbli qrupunu vurması nəticəsində daha bir nəfər ölüb, beləliklə, həlak olanların sayı dörd nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə yerli "Hart van Nederland" portalı məlumat yayıb.
Nəqliyyat vasitəsi məktəb xətti ilə velosiped gəzintisinə çıxan 14 uşaq və onları müşayiət edən iki yetişkindən ibarət qrupa çırpılıb. Polisin verdiyi məlumata görə, iki uşaq və bir yetişkin hadisə yerindəcə dünyasını dəyişib, daha bir uşaq isə sonradan xəstəxanada vəfat edib. Üç uşağın vəziyyəti ağırdır – onlar Rotterdam, həmçinin Belçikanın Gent və Antverpen şəhərlərindəki tibb müəssisələrinə yerləşdiriliblər.
Hadisədən bir neçə saat sonra Niderlandın Hülst bələdiyyəsinin qəzanı törətməkdə şübhəli bilinən 19 yaşlı sakini saxlanılıb.
Hadisənin səbəbləri və sürücünün motivləri hələlik müəyyən edilməyib. İstintaq tədbirlərinin aparılması ilə əlaqədar Terhole bələdiyyəsinin yaxınlığındakı avtomobil yolu hər iki istiqamətdə hərəkət üçün bağlanıb.
Oxşar xəbərlər
Kanadada avtomobilin izdihamı vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb
Kanadada avtomobilin piyadaları vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb
Nigeriyada ağır yol qəzasında 40 nəfər ölüb
Qazaxıstanda kişi avtomobili uşaqların üzərinə sürüb, ölənlər var
İsraildə avtomobilin velosipedçiləri vurması nəticəsində qadın ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
İranda partlayışlar qeydə alınıb
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
