Azərbaycanın BƏƏ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu kəskin azaldıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın BƏƏ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu kəskin azaldıb


Bu ilin l rübündə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 17,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.

“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,6 % azdır.

Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 19,9 %-dən 5,5 %-ə düşüb.

Rüb ərzində BƏƏ isə Azərbaycan iqtisadiyyatına 110,3 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 42,1 % azdır.

Hesabat dövründə Gürcüstanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,6 %-dən 0,7 %-ə çatıb.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 % çox) təşkil edib.

Oxşar xəbərlər

Azərbaycan Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 5 dəfə artırıb
Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb
Azərbaycan Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfəyə yaxın artırıb
Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfədən çox artıb
Azərbaycan Rusiyaya investisiya qoyuluşunu 18 % azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər