Türkiyəli şəhid anası: Övlad acısı ağırdır, amma vətən hər şeydən üstündür
sizinxeber.az xəbər saytı

Türkiyəli şəhid anası: Övlad acısı ağırdır, amma vətən hər şeydən üstündür


Övlad acısı ağırdır, amma vətən hər şeydən üstündür.

Bunu "Sizinxeber.az"un Qarabağ bürosuna açıqlamasında türkiyəli şəhid uzman çavuş Muhammed Emin Önkün anası Elif Önk bildirib.

O, oğlunu 2024-cü ildə şəhid verdiyini söyləyib:

"Mənə bu qüruru yaratdığına görə oğluma minnətdaram. Allah dövlətimizdən və xalqımızdan razı olsun, hər zaman bizə dəstək olurlar. Övlad acısı hər ata-ana üçün ağır olur. Amma bir ana kimi qürurla deyirəm ki, 100 övladım olsa, lazım gələrsə onların hamısını vətən uğrunda fəda etməyə hazıram".

Xatırladaq ki, Muhammed Emin Önk 2024-cü il avqustun 3-də İraqın şimalında kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır yaralanıb və müalicə aldığı xəstəxanada həyatını itirib.

Oxşar xəbərlər

Şəhid anası: Doğum günündə mənə zəng edəcəkdi, amma üçrəngli bayrağa bükülmüş tabutu gəldi  
Şəhid anası: Fəxr edirəm ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən övladlar var
Şəhid anası oğlunun son telefon zəngindən DANIŞDI
19 yaşında şəhid olan Elmar Nəbiyevin anası: "Övladımın yaralanmasına sevinmişdim"
Toyundan cəmi üç ay sonra şəhid olan Samir Sadıqov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər