Şəhid anası: Doğum günündə mənə zəng edəcəkdi, amma üçrəngli bayrağa bükülmüş tabutu gəldi
Özünün doğum günündə mənə zəng edəcəkdi, amma üçrəngli bayrağa bükülmüş tabutu gəldi.
Bunu “Report”un Aran bürosuna açıqlamasında oktyabrın 23-də Salyanda anım günü qeyd olunan Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun anası Ləzifə Cəbrayılova deyib.
L.Cəbrayılova hazırda onun üçün ən böyük təsəllinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və şəhidlərin qisasının alınmasıdır:
“Oğlum oktyabrın 19-da şəhid olub, bu barədə bizə 20-də xəbər verdilər. Nəşi üç gün neytral zonada qalıb. oktyabrın 23-də, doğum günündə mənə zəng edəcəyinə söz vermişdi. Amma həmin gün üçrəngli bayrağa bükülmüş tabutu gəldi, məni şəhid anası elədi.
Oğlumun müharibədə necə qəhrəmanlıqlar etdiyini şəhid olduqdan sonra bildim. Onların taboru bütövlükdə qəhrəman idi. Təsəllim odur ki, torpaqlarımız işğaldan azad edildi, onların qisası alındı. İndi bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Oğlum Sübhanın da əsl arzusu bu idi”.
Oxşar xəbərlər
Bəy otağına cehiz əvəzinə üçrəngli bayrağa bükülü tabutu gətirilən şəhid Emin Abbaszadə
Salyanda Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun xatirəsi anılıb
Şəhid anası: Oğlum öz toyunda iştirak üçün icazə almaqdan imtina edib döyüşə yollandı
Şəhid anası: Fəxr edirəm ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən övladlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
