BP payızadək Özbəkistanın Üstyurd regionunda seysmik kəşfiyyat işlərini başa çatdırmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

BP payızadək Özbəkistanın Üstyurd regionunda seysmik kəşfiyyat işlərini başa çatdırmağı planlaşdırır


BP şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Özbəkneftqaz"la bağlanmış müqaviləyə əsasən, yayın sonunadək Özbəkistanın Üstyurd regionunda seysmik kəşfiyyat işlərini başa çatdırmağı planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli Bakıda jurnalistlərə bildirib.

"Plan ondan ibarətdir ki, yayın sonunadək seysmik işləri başa çatdıraq, daha sonra isə növbəti ilin sonunadək əldə edilmiş məlumatların təhlilini aparaq və orada neft və qazın olub-olmadığını, eləcə də ehtiyatların mümkün miqyasının nə qədər olduğunu müəyyən edək. Məhz seysmik məlumatlar bizə bu sualların cavablarını verməlidir", - C. Kristofoli deyib.

O əlavə edib ki, yayın sonundan növbəti ilədək əldə edilmiş seysmik məlumatların interpretasiyası aparılacaq.

Oxşar xəbərlər

BP və SOCAR vahid seysmik məlumat bazası yaradır
SOCAR Daşkənddə keçirilən OGU2026 sərgi-konfransında pavilyonu ilə iştirak edir
Qordon Birrell: "ADUA blokunda seysmik və qazma kəşfiyyat işləri planlaşdırılır"
BP Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulub
Azərbaycan şirkəti Özbəkistanda geoloji kəşfiyyat işlərinə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər