Livan Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölənlərin sayı 2 800-ə yaxınlaşır
sizinxeber.az xəbər saytı

Livan Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölənlərin sayı 2 800-ə yaxınlaşır


İsrailin martın 2-dən bəri Livana endirdiyi zərbələr nəticəsində ölənlərin ümumi sayı 2 795-ə, yaralıların sayı isə 8 586-ya çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Mayın 9-da İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi fasiləsiz zərbələr zamanı 36 nəfər ölüb, daha 74 nəfər isə yaralanıb", - qurumdan qeyd edilib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, xilasedicilər Nəbatiyyə, Sayda və Tirdə dağıntıları təmizləməyə davam edir, günün sonunadək qurbanların və xəsarət alanların sayının arta biləcəyi istisna olunmur.

Daha əvvəl İsrailin bugünkü zərbələri nəticəsində 19 nəfərin öldüyü bildirilirdi.

Oxşar xəbərlər

İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 10-a çatıb
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər ölüb - YENİLƏNİB - 3
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 320-ni keçib - YENİLƏNİB - 4
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 180-i ötüb - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər