ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib
İrana qarşı hərbi əməliyyat ABŞ-yə 61 milyard dollardan çox məbləğə başa gəlib.
"Report" xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" portalı məlumat yayıb.
Məlumata görə, əməliyyatın 55-ci günündə Amerika büdcəsinin xərcləri 61 milyard dolları ötüb, ABŞ xəzinəsindən isə hər saniyə 11,5 min dollardan çox vəsait xərclənir.
Resursun real vaxt rejimində fəaliyyət göstərən sayğacı Pentaqonun martın 10-da Amerika Konqresi üçün keçirdiyi brifinqdəki məlumatlara əsaslanır. Bu brifinq zamanı bildirilmişdi ki, Yaxın Şərqdə döyüş əməliyyatlarının aparılmasının ilk altı günü ərzində Vaşinqton 11,3 milyard dollar xərcləyib, gələcəkdə isə münaqişənin hər növbəti günü üçün təxminən 1 milyard dollar xərclənməsi planlaşdırılır.
Qeyd olunur ki, bu rəqəmə qoşunların köçürülməsi və hərbi texnikanın bərpası kimi müəyyən xərc maddələri daxil olmaya bilər. Buna görə də faktiki xərclər xeyli yüksək ola bilər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Oxşar xəbərlər
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 51 mlrd dolları keçib
"Iran War Cost Tracker": ABŞ bu müharibəyə 27 milyard dollardan çox xərcləyib
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 56 milyard dolları keçib
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 56 mlrd dolları keçib
Pentaqonun müqavilə xərcləri 2023-cü maliyyə ilində 431,4 milyard dollar olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
