Azərbaycan Türkiyədən metal idxalı xərcini 13 % artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Türkiyədən metal idxalı xərcini 13 % artırıb


Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 55,845 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 11,202 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 7,2 % azdır.

Türkiyədən ən çox qara və əlvan metal idxalını Almaniya 692,907 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,9 % çox), İtaliya 465,287 milyon ABŞ dolları (1,5 % az) və Bolqarıstan 361,966 milyon ABŞ dolları (28,3 % çox) dəyərində həyata keçirib.

5 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,7 % artaraq 5,845 milyard ABŞ dollarına çatıb, may ayında isə 4,6 % azalaraq 1,177 milyard ABŞ dollarına düşüb.

Oxşar xəbərlər

Azərbaycan Türkiyədən metal idxalı xərcini 20 %-ə yaxın artırıb
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalı xərcini 53 %-ə yaxın artırıb
Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini 3 % artırıb
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxal xərcini 23 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər