Sançes: İrandakı müharibə beynəlxalq nizamı sarsıdır
sizinxeber.az xəbər saytı

Sançes: İrandakı müharibə beynəlxalq nizamı sarsıdır


İran ətrafındakı münaqişə beynəlxalq nizamın əsas prinsiplərini təhlükə altına qoyur və qlobal qeyri-sabitliyin daha da dərinləşməsinin bir hissəsidir.

"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bunu İspaniyanın Baş naziri Pedro Sançes Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının sammitindən əvvəl bildirib.

"Avropanın əsas götürdüyü çoxtərəflilik, beynəlxalq hüquq və dinc yanaşı yaşama prinsipləri hazırda sarsılır. Bu, İspaniya hökumətinin lap əvvəldən pislədiyi, dəstəkləmədiyi və qanunsuz hesab etdiyi bir müharibədir", - Sançes bəyan edib.

O, diplomatik yolla nizamlanmanın və tərəflərin danışıqlar masasına qayıtmasının vacibliyini vurğulayıb.

İspaniyanın Baş naziri, həmçinin humanitar nəticələrin miqyasına da diqqət çəkərək, İranda artıq 4 milyondan çox, Livanda isə 800 mindən çox insanın öz evlərini tərk etmək məcburiyyətində qaldığını nəzərə çatdırıb.

Sançes əlavə edib ki, İspaniya mandatı 2026-cı ilin sonunadək qüvvədə olan BMT-nin Livandakı sülhməramlı missiyasında (UNIFIL) iştirakını davam etdirəcək.

Oxşar xəbərlər

İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
İspaniyanın baş naziri elektrik kəsintisinin təfərrüatlarını açıqlayıb
İspaniya Ukraynaya qoşun göndərməyəcək
İspaniya son 10 ildə hərbi xərclərini 70 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər