İspaniyanın baş naziri elektrik kəsintisinin təfərrüatlarını açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2025
06:00

İspaniyanın baş naziri elektrik kəsintisinin təfərrüatlarını açıqlayıb

29 apr, 2025
06:00
456

İspaniyanın baş naziri elektrik kəsintisinin təfərrüatlarını açıqlayıb

İspaniyanın elektrik şəbəkəsi qəfildən cəmi 5 saniyə ərzində 15 giqavat elektrik enerjisini itirib.

“Report”un “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu İspaniya hökumətinin sədri Pedro Sançes deyib.

“Kütləvi enerji kəsilməsinin səbəblərinə gəlincə, texniki mütəxəssislərin bizə bildirdiyinə görə, bu səhər yerli vaxtla saat 12:33-də (Bakı vaxtı ilə 14:33) cəmi 5 saniyə ərzində sistemdən 15 giqavat enerji hasilatı qəfil itirilib”, - baş nazir qeyd edib.

Bunun əvvəllər heç vaxt baş vermədiyini deyən Pedro Sançes, bu həcmin milli tələbatın 60%-nə bərabər olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın