Sançes Trampı qıcıqlandırmaq riski altında Çinə dördüncü dəfə səfər edib
sizinxeber.az xəbər saytı

Sançes Trampı qıcıqlandırmaq riski altında Çinə dördüncü dəfə səfər edib


İspaniyanın Baş naziri Pedro Sançes bazar ertəsi Çinə dördüncü səfərinə başlayaraq, ABŞ Prezidenti Donald Trampın narazılığına səbəb olan müstəqil xarici siyasət kursu yürütmək istəyini nümayiş etdirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, İspaniya Çinlə ticarət əlaqələrinin genişləndirilməsinin tərəfdarıdır və Pekini rəqib kimi deyil, strateji tərəfdaş kimi nəzərdən keçirən Avropa ölkəsidir.

Qeyd olunub ki, Sançesin Çinə növbəti səfəri onun Vaşinqtonun xətti ilə getmək istəmədiyinin göstəricisidir. Daha əvvəl Donald Tramp İranla müharibə şəraitində Amerika hərbi təyyarələrinə eniş hüququ verməkdən imtina etdiyinə, həmçinin İspaniyanın müdafiə xərclərinin nisbətən aşağı səviyyədə olmasına görə Madridi tənqid edib. Bundan əlavə, Ağ Evin rəhbəri onun fikrincə kifayət qədər sadiqlik nümayiş etdirməyən NATO müttəfiqlərinə qarşı tədbirlər görəcəyi ilə hədələyib.

Agentliyin məlumatına görə, Sançesin kursu ispan seçiciləri arasında dəstəklənir, lakin ABŞ administrasiyası ilə münasibətlərin kəskinləşməsinin İspaniyaya baha başa gələ biləcəyindən ehtiyat edən biznes və müxalifət nümayəndələrində narahatlıq yaradır.

Oxşar xəbərlər

Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
KİV: Tramp apreldə Çinə səfər edə bilər
Çin və ABŞ Trampın Pekinə səfəri ilə bağlı danışıqlar aparır
Donald Tramp Çinə mümkün səfəri barədə danışıb
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər