Trampın reytinqi rekord həddə düşüb
sizinxeber.az xəbər saytı

Trampın reytinqi rekord həddə düşüb


Donald Tramp son 80 ildə ABŞ liderləri arasında ən aşağı təsdiq reytinqinə sahibdir.

"Report" xəbər verir ki, bunu "ABC News", "Washington Post" və "Ipsos"un keçirdiyi sorğunun məlumatları sübut edir.

Araşdırmaya görə, respondentlərin yalnız 39 faizi Trampın ölkəni idarə etmə tərzini bəyənir, 55 faizi isə prezidentin fəaliyyətindən narazı olduğunu bildirib. Xüsusilə, respondentin bir qismi iqtisadiyyatın vəziyyətindən narahatdır: 73 faiz onun pis vəziyyətdə olduğunu düşünür.

Belə ki, respondentlərin 71 faizi qiymət artımına səbəb kimi Trampın tətbiq etdiyi idxal rüsumlarını göstərir. Sorğu iştirakçılarının yalnız 31 faizi ABŞ Prezidentinin iqtisadiyyatın uzunmüddətli perspektivdə daha möhkəm təmələ malik olacağına dair arqumenti ilə razıdır.

Respondentlərin əksəriyyəti – 58 faizi hesab edir ki, dövlət başçısının hökumətin rolunu azaltmaq cəhdləri həddindən artıqdır, 56 faizi isə onun səlahiyyətlərini əsassız olaraq aşdığını iddia edir. Sorğu iştirakçılarının 55 faizi Tramp administrasiyasının vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə sadiqliyinə şübhə ilə yanaşır.

Eyni zamanda, respondentlərin 67 faizi doğum hüququ ilə vətəndaşlığın ləğvinə, 66 faizi Təhsil Nazirliyinin bağlanmasına qarşı çıxıb.

Beynəlxalq münasibətlərə gəlincə, respondentlərin 49 faizi hesab edir ki, Tramp dünyada ABŞ liderliyini zəiflədib. Eyni zamanda respondentlərin 34 faizi onun siyasətini dəstəkləyir.

Sorğu 2025-ci il aprelin 18-22-də ingilis və ispan dillərində 2,464 nəfər arasında təsadüfi milli seçmə arasında keçirilib.

Oxşar xəbərlər

Sorğu: Amerikalıların əksəriyyəti Trampın fəaliyyətindən narazıdır
Ipsos: Trampın reytinqi 42 %-ə düşüb
Sorğu: Fransızların 74 faizi Makronu pis prezident hesab edir
Harris əksər ştatlarda Trampı üstələyir
Əhalinin 91 faizi İlham Əliyevin idarəçiliyindən məmnundur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər