Şahbaz Şərif Çində rəsmi səfərdədir
Pakistanın Baş naziri Şahbaz Şərif Çində rəsmi səfərdədir.
Bu barədə "Report" Pakistan Baş nazirinin dəftərxanasına istinadən xəbər verir.
Pakistan nümayəndə heyətinin tərkibinə həmçinin xarici işlər naziri Məhəmməd İshaq Dar da daxildir.
XİN başçısı "X" hesabında qeyd edib ki, Pakistanın Baş naziri Xançjouda Çjetszyan əyalətinin partiya rəhbərliyi ilə görüşəcək.
Şərif həmçinin Pakistan və Çin şirkətləri arasında əməkdaşlığın inkişafı məqsədilə təşkil olunmuş biznes-forumda iştirak edəcək.
Dar qeyd edib ki, səfər çərçivəsində sazişlərin və anlaşma memorandumlarının imzalanması planlaşdırılır.
Bundan başqa, Pakistan Baş nazirinin iri Çin şirkətlərinin rəhbərləri ilə görüşləri olacaq.
Qeyd edək ki, Şərifin Çinə səfəri mayın 26-dək davam edəcək.
Oxşar xəbərlər
Pakistan Baş naziri İranda səfərdədir
Pakistan Baş naziri Türkiyədə səfərdədir
Pakistan Baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib
Pakistan Baş naziri İranda Xamenei ilə görüşüb
Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
