Avropa Parlamenti Aİ-ABŞ ticarət sazişi üzrə qanun layihələrini təsdiqləyib
Avropa Parlamenti 2025-ci ilin iyulunda Birləşmiş Ştatlarla əldə olunmuş ticarət sazişi çərçivəsində Avropa İttifaqının (Aİ) öhdəliklərinin yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını təsdiqləyib.
"Sizinxeber.az"un Avropa bürosunun Strasburqdan verdiyi məlumata görə, plenar iclasda deputatlar ABŞ sənaye mallarına rüsumların ləğvini və Amerikadan olan bir sıra kənd təsərrüfatı məhsulları üçün Avropa bazarına güzəştli çıxışın təmin edilməsini özündə ehtiva edən sənədlər paketinə səs veriblər.
Qeyd etmək lazımdır ki, sazişin parlamentdə razılaşdırılması üçün Aİ-nin çox az vaxtı (4 iyuladək) qalırdı, ABŞ tərəfi isə sazişin şərtlərini ləğv etməklə və Avropa mallarına yeni yüksək rüsumlar tətbiq etməklə hədələyirdi.
Razılaşdırılmış mətnə əsasən, tərəflər onların müddətinin uzadılması barədə qərar qəbul etməsələr, tarif güzəştləri 2029-cu il dekabrın 31-dək qüvvədə olacaq.
Qanunvericilik 2026-cı ilin sonunadək ABŞ-nin Aİ-dən olan ayrı-ayrı polad və alüminium məhsulları növlərinə 15 %-dən yuxarı rüsumları qüvvədə saxlayacağı təqdirdə, tarif güzəştlərinin dayandırılması ilə bağlıdır. Eyni zamanda, ABŞ-dən idxalın artımının Avropa sənayesinə və ya kənd təsərrüfatına ciddi zərər vuracağı istənilən hal üçün qoruyucu mexanizm də nəzərdə tutulub.
Oxşar xəbərlər
MERCOSUR ilə razılaşma mayın əvvəlindən müvəqqəti olaraq qüvvəyə minəcək
Avropa Parlamenti Ukraynaya 35 milyard avro kreditin ayrılmasını təsdiqləyib
Avropa Komissiyası: ABŞ-nin Aİ mallarına rüsum tətbiq etməsi qanunsuzdur
Avropa Şurası: Aİ-dən ABŞ-yə ixracatın təxminən 70 faizinə artıq əlavə rüsumlar tətbiq olunur
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
