Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib
Laçın rayonu Taxtakörpü tam orta ümumtəhsil məktəbində aparılmış yoxlama zamanı müəssisənin fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.
APA-nın əldə etdiyi məlumata görə, aşkarlanmış pozuntular əsasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 12 fevral 2026-cı il tarixli əmri ilə müəssisənin direktoru Məmmədov Səxavətin əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.
Sabiq direktor əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və işə bərpa tələbi üzrə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Aparılmış araşdırma nəticəsində iddia tələbi əsassız hesab edilib və rədd edilib. Məhkəmə işəgötürən tərəfindən qəbul edilmiş əmrin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən edib və əmək münasibətlərinə xitam verilməsi üçün hüquqi əsasların mövcudluğunu təsdiq edib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.
Oxşar xəbərlər
Ali Məhkəmə: İşçi işdən çıxarılarkən xəbərdarlıq müddəti gözlənilməlidir
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini rədd edib
Məhkəmə sabiq direktorun iddialarını təmin etməyib
Bakıda iki məktəbdə nöqsanlar aşkarlanıb, direktorlar işdən çıxarılıb
21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
