MERCOSUR ilə razılaşma mayın əvvəlindən müvəqqəti olaraq qüvvəyə minəcək
Avropa Parlamentində ratifikasiyasının gecikməsinə baxmayaraq, Aİ ilə Latın Amerikası bloku olan MERCOSUR (Braziliya, Argentina, Paraqvay və Uruqvay) arasında azad ticarət sazişi mayın ilk günlərində müvəqqəti olaraq qüvvəyə minəcək.
"Report"un Avropa bürosunun Avropa Komissiyasına istinadən məlumatına görə, müqaviləni son ratifikasiya edənlərdən Paraqvaya bu barədə nota göndərilib.
Müqavilə Aİ, Argentina, Braziliya və Uruqvay arasında müvəqqəti tətbiq ediləcək, çünki onlar ratifikasiya prosedurlarını martın sonunadək başa çatdırıblar. Paraqvayda da sənəd parlamentdən keçib, Aİ-yə bildiriş göndərildikdən sonra saziş onunla da qüvvədə olacaq.
"Müvəqqəti tətbiq müəyyən mallara tariflərin ləğvini təmin edir, ticarət və investisiyalar üçün proqnozlaşdırıla bilən qaydalar yaradır. Beləliklə, Aİ-nin müəssisələri, istehlakçıları və fermerləri dərhal sazişin üstünlüklərindən yararlanmağa başlaya bilərlər", - AK-dan qeyd edilib.
Bununla yanaşı, apreldən Aİ ölkələrinin kənd təsərrüfatının həssas sektorları üçün nəzərdə tutulan qoruyucu mexanizmlər qüvvəyə minir.
Bununla yanaşı, sazişin hətta müvəqqəti qüvvəyə minməsi bir sıra Avropa dövlətlərinin, xüsusilə Fransanın kəskin tənqidinə səbəb olub. Ölkə hökumətinin nümayəndəsi bəyan edib ki, bu, demokratik prinsiplərin pozulmasına bərabərdir. Bir sıra deputatlar da narazılıqlarını ifadə edirlər, buna görə də müqavilə, əslində, ratifikasiyası üçün iclasda müzakirə mərhələsinə belə çatmayıb. Deputatlar MERCOSUR ilə ticarət sazişinin Aİ qanunvericiliyinə uyğunluğu məsələsində Avropa Məhkəməsinə müraciət ediblər.
Ekspertlər xəbərdarlıq edirlər ki, AK prezidenti Ursula fon der Lyayenin imzalanması üçün həmin qitədə səfərdə olduğu Aİ və Avstraliya arasındakı ticarət sazişi də eyni aqibətlə üzləşə bilər. Bir sıra ölkələrin fermerləri Avstraliyadan gələn ətin Avropa məhsullarını sıxışdırıb çıxaracağından və onları müflis edəcəyindən narahatdırlar.
Oxşar xəbərlər
Aİ və Merkosur ölkələri mübahisəli ticarət razılaşmasını yekunlaşdırıb
Aİ-nin ABŞ-yə qarşı ilk cavab tədbirləri paketi aprelin 15-də qüvvəyə minəcək
Şimali Amerikada dünya çempionatının seçmə mərhələsi: Argentina Kolumbiya ilə üz-üzə
DÇ-2026: Argentina və Braziliya milliləri seçmə mərhələdə məğlub olublar
Aİ-nin ABŞ rüsumlarına cavab tədbirləri mayda qüvvəyə minəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
