Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Avropa Şurası noyabrın 28-də Avropa Komissiyasının yeni tərkibini təsdiq edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Avropa Şurasının Mətbuat Xidməti məlumat yayıb.
"Avropa Şurası bu gün yazılı prosedurla Avropa Komissiyasının 2024-cü dekabrın 1-dən 2029-cu il oktyabrın 31-dək olan yeni tərkibini təsdiqlədi. Beləliklə, Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqı (Aİ) Komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi isə Kaya Kallas olacaq", - məlumatda qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl, yəni noyabrın 27-də Avropa parlamentinin deputatları Strasburqda keçirilən plenar sessiyada səs çoxluğu ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.
Oxşar xəbərlər
Cozef Borrell sabah postunu Kaya Kallasa təhvil verəcək
Avropa Parlamenti AK-nin yeni tərkibini təsdiqləyib
Aİ Şurası Avropa komissarlarının siyahısını təsdiqləyib
Avropa Komissiyası yeni tərkibdə noyabrın 1-dən işə başlayacaq
AK Avropa Rəqabətlilik Fondunun yaradılmasını planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













