Azərbaycan bankları ötən il hər 100 dolların alqı-satqısından 70 qəpik qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan bankları ötən il hər 100 dolların alqı-satqısından 70 qəpik qazanıb


2025-ci ildə Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6948 manatdan alıb, 1,7018 manata satıb.

"Sizinxeber.az" bu barədə Azərbaycan Mərkəzi Bankının illik idarəetmə hesabına istinadən xəbər verir.

Beləliklə, banklar hər 100 ABŞ dollarının alqı-satqısından 70 qəpik gəlir əldə edib.

"İl ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə ("Bloomberg" platformasında hərraclar və hərracdankənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib və gündəlik orta hesabla 1,7 manat təşkil edib. Kommersiya

banklarının müəyyən etdiyi xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda formalaşıb", - deyə hesabatda qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 3 % artırıblar
Azərbaycan banklarının valyuta mübadiləsi üzrə gəlir marjası 4% azalıb
Azərbaycan bankları 11 ayda "Bloomberg"də 94 milyard manatlıq əqd bağlayıb
Azərbaycan bankları I rübdə “Bloomberg” ticarət sistemində 1 200-ə yaxın təminatsız əqd bağlayıb
Azərbaycan bankları I yarımildə “Bloomberg” ticarət sistemində 2 100-dən çox təminatsız əqd bağlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər