Ərəb ölkələri, Türkmənistan və Gürcüstan klubları Qəbələdə toplanış keçmək üçün müraciət edib
Ərəb ölkələrinin, həmçinin Türkmənistan və Gürcüstanın futbol klubları yay təlim-məşq toplanışını Qəbələdə keçirmək istəyirlər.
Bu barədə "Report"a açıqlamasında "Qəbələ" İdman Klubunun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev bildirib.
O, Azərbaycan komandalarının da bölgə təmsilçisinin bazasında hazırlıq prosesinə qatılacağını deyib:
"Premyer Liqa təmsilçilərindən "Qəbələ", "Sumqayıt", "Şamaxı" və "Şəfa"nın hazırlıq proseslərini burada keçəcəyi təsdiqlənib. İyulun əvvəlindən toplanışlara start veriləcək. Bir neçə xarici klublardan bizə istəklər gəlib və şərtlərimizi göndərmişik. Ərəb ölkələrindən, Türkməsintan və Gürcüstandan komandalar gəlmək istəyir. Hamısına şərtlərimizi demişik. Hələlik təsdiq almamışıq".
S.Qarayev bu qədər çox komandanı qəbul etməyə hazır olduqlarını vurğulayıb:
"Qəbələ" İdman Klubunun bazasında 5 təbii örtüklü futbol meydanı var. Bundan əlavə, süni, minifutbol və qum meydançaları da mövcuddur. Bunların hamısı hazır vəziyyətdədir. Əsas milli və klublar təbii meydandan istifadə edirlər. Biri əsas olmaqla beş meydanın hamısı təlim-məşq toplanışları üçün yüksək səviyyədə hazırdır. Bildiyiniz kimi, biz pandemiya dönəmində Azərbaycanın 8 komandasını qəbul etmişdik və hamısını yüksək səviyyədə yola salmışdıq. Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandaları da bazada hazırlıq prosesində iştirak ediblər və yoxlama oyunlarını burada keçiriblər".
Oxşar xəbərlər
"İmişli" klubunun yay hazırlıq planı müəyyənləşib
"İmişli" klubunun hazırlıq planında dəyişiklik baş verib
AFFA "Qəbələ"yə 700 min manatdan əlavə, təlim-məşq toplanışları üçün də ödəniş edib
"Qəbələ" ilə "Şamaxı" yoxlama matçında üz-üzə gələcək
Azərbaycan Premyer Liqası klubları yoxlama matçında üz-üzə gələcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
Sabah Bakının Nəsimi rayonunun bəzi hissəsində qaz olmayacaq
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
