Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər
sizinxeber.az xəbər saytı

Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər


Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib.

"Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Biz ümid edirik ki, o, yaxın gələcəkdə Almaniyaya səfər edəcək. Hələlik konkret tarix yoxdur, lakin biz onu elə bu il rəsmi səfərlə qəbul etməyi gözləyirik", - o bildirib.

O, həmçinin vurğulayıb ki, cari ildə iki ölkə arasında illik siyasi məsləhətləşmələr artıq baş tutub. Səfirin sözlərinə görə, 2027-ci ildə siyasi məsləhətləşmələrlə yanaşı, Azərbaycan və Almaniyanın ticarət və investisiyalar üzrə yüksək səviyyəli işçi qrupu öz işini davam etdirəcək.

Oxşar xəbərlər

Bayden gələn həftə Almaniyaya səfər etməyi planlaşdırır
Almaniya səfiri: Azərbaycanla münasibətlər praqmatik və sabit olaraq qalır
Bayden Almaniyaya səfər edəcək
Səfir: "Energetika Bakı və Berlin arasında əməkdaşlığın əsas istiqamətidir"
Ralf Horlemann: "Alman şirkətləri SOCAR-la ildə 2 milyard m3 qaz tədarükünə dair müqavilə bağlayıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər