Vyetnam Cənubi Koreyadan "K9" özüyeriyən artilleriya qurğusu alır
Cənubi Koreya və Vyetnam 250 milyon dollar dəyərində 20 ədəd "K9" özüyeriyən artilleriya qurğusunun tədarükünə dair razılaşma imzalayıb.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə "Yonhap" agentliyi hərbi-sənaye kompleksi sahəsindəki mənbələrə istinadən xəbər verib.
Bildirilib ki, Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti iyul ayının sonunda Vyetnamla müqavilə imzalayıb. Bundan əvvəl Cənubi Koreya Vyetnama, əsasən, istismardan çıxarılmış hərbi texnika ötürmüşdü, lakin bu, ölkələr arasında ilk ixrac müqaviləsi hesab olunur.
Bu müqavilə ilə Vyetnam "K9" özüyeriyən artilleriya qurğusunu istismar edən 11-ci ölkə olacaq. Bu qurğudan hazırda Cənubi Koreya ilə yanaşı, Avstraliya, Misir, Hindistan, Norveç, Polşa, Rumıniya, Türkiyə, Finlandiya və Estoniya da istifadə edir. Bu, "K9"un Cənub-Şərqi Asiya regionuna ilk ixracıdır.
Qeyd edək ki, mart ayında "Shephard Media" nəşriyyatı öz mənbələrinə istinadən bildirmişdi ki, Vyetnam hökuməti artıq "K9" özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalayıb. Həmin məlumata görə, söhbət 30 ədəd "K9A1" haubitsasının təxminən 300 milyon dollar dəyərində tədarükündən gedirdi.
Oxşar xəbərlər
Polşa Cənubi Koreyanın silah tədarükünün maliyyələşdirilməsi təklifini qeyri-qənaətbəxş hesab edir
Cənubi Koreya 2024-cü ildə 9,5 milyard dollarlıq silah ixrac edib
Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında döyüş atışlı təlimlər keçirib
Daha bir münaqişə alovlanır: Cənubi Koreya Sarı dənizdə cavab atəşi təlimləri keçirəcək
Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












