Marko Curiç: Serbiya Avropa İttifaqına üzvlüyə sadiqdir
sizinxeber.az xəbər saytı

Marko Curiç: Serbiya Avropa İttifaqına üzvlüyə sadiqdir


Serbiyanın Avropa İttifaqına (Aİ) qoşulması Balkan respublikası üçün strateji hədəf olaraq qalır, Belqrad Avropanın rifahına töhfə verməyə hazırdır.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri vəzifəsini icra edən Marko Curiç Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla görüşü zamanı bildirib.

"Görüşdə M.Curiç vurğulayıb ki, Avropa İttifaqına üzvlük Serbiyanın strateji seçimidir. O qeyd edib ki, ölkə tutduğu Avropa yoluna qəti şəkildə sadiqdir və etibarlı tərəfdaş kimi Avropada sülhə, sabitliyə və rifaha töhfə vermək istəyir", - Serbiya hökumətinin bəyanatında qeyd olunub.

Nazir həmçinin Aİ-nin Serbiyanın səylərini müsbət qiymətləndirəcəyinə ümidvar olduğunu bildirib.

M.Curiç qeyd edib ki, Serbiyanın əsas maraqları regionda sabitliyin qorunması, regional əməkdaşlığın inkişafı və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsidir. O vurğulayıb ki, Serbiya bundan sonra da gərginliyin azaldılmasına konstruktiv şəkildə kömək edəcək.

Qeyd edək ki, hazırda Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir.

Oxşar xəbərlər

Serbiya ABŞ-nin Avropada statusunu möhkəmləndirmək istəyir
Serbiya səfirlikləri terror təhlükəsi ilə üz-üzədir
Ceyhun Bayramov Belqradda Serbiya Prezidenti ilə görüşəcək
Marko Curiç: Azərbaycan son 10 ildə ÜDM-in iki dəfə artırılmasında Serbiyaya dəstək verib
Serbiyanın Baş nazirinin müavini BRICS-i Avropa İttifaqına real alternativ adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər