Boçorişvili və Fidan Orta Dəhlizin inkişafını müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Boçorişvili və Fidan Orta Dəhlizin inkişafını müzakirə ediblər


Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən görüş zamanı Orta Dəhlizin inkişafını müzakirə ediblər.

"Sizinxeber.az" Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən verir ki, görüş Gürcüstan, Türkiyə və Azərbaycanın xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində keçirilib.

Tərəflər Gürcüstan-Türkiyə strateji tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə edib, həmçinin iki ölkə arasında sahəvi əməkdaşlığı müsbət qiymətləndiriblər.

Bundan başqa, Orta Dəhlizin inkişafı prosesində iki ölkə arasında əməkdaşlığa və bununla bağlı strateji layihələrin uğurla həyata keçirilməsinin vacibliyinə xüsusi diqqət yetirilib.

Nazirlər regionda proseslərin mövcud dinamikasını qeyd edib, sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsində Gürcüstan və Türkiyənin rolunun əhəmiyyətini vurğulayıblar.

Boçorişvili və Fidan həm ikitərəfli formatda, həm də çoxtərəfli platformalar çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiq ediblər.

Oxşar xəbərlər

İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
Gürcüstan və ABŞ münasibətlərinin gələcəyi müzakirə edilib
Gürcüstan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Hamilton ilə Boçorişvili NATO və Gürcüstan arasında əməkdaşlığın inkişafını müzakirə ediblər
Tbilisidə Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfər planının təfərrüatları müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər