XİN: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparır
sizinxeber.az xəbər saytı

XİN: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparır


İran ona qarşı tətbiq edilən sanksiyaların ləğvini təmin etmək məqsədilə nüvə proqramı ilə bağlı etimad yaratmaq üçün Rusiya və Çinlə məsləhətləşmələr aparır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Hazırda biz Avropa “üçlüyü”, (Almaniya, Böyük Britaniya və Fransa) eləcə də, ayrı-ayrılıqda Rusiya və Çinlə qarşılıqlı hörmətə əsaslanan məsləhətləşmələr aparırıq. Məqsəd İrana qarşı tətbiq edilən qeyri-qanuni sanksiyaların ləğvi müqabilində nüvə proqramımızla bağlı etimad yaratmaq və daha çox şəffaflığa nail olmaq yollarını araşdırmaqdır", - nazir vurğulayıb.

O qeyd edib ki, Tehran təzyiq altında və onu qorxutmağa çalışdıqları bir vəziyyətdə danışıqlar aparmayacaq.

A.Əraqçinin sözlərinə görə, İranın nüvə proqramı hər zaman yalnız sülh xarakterli olub və belə də olacaq.

Oxşar xəbərlər

İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: İran ABŞ ilə təzyiq altında danışıqlar aparmaq niyyətində deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cenevrədə nüvə problemi üzrə danışıqlar keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və "Avropa üçlüyü" arasında danışıqların dördüncü raundu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya nüvə proqramına görə İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər