Britaniya nüvə proqramına görə İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır
- 2-11-2024, 23:30
- DÜNYA / Digər ölkələr
- 0
- 1 314
Böyük Britaniya hökuməti Tehranın nüvə silahı yaratmasının qarşısını almaq üçün İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Daily Telegraph"a Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.
"İranın nüvə proqramı heç vaxt bu günkü qədər yüksək səviyyədə olmayıb. Biz hələ də İranın nüvə silahı hazırlamasının qarşısını almağa sadiqik və lazım gələrsə, sanksiyaların geri qaytarılması mexanizmi daxil olmaqla, bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə hazırıq", - açıqlamada deyilir.
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində “snapback” proseduru BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı 2015-ci ildə qəbul olunmuş planın şərtlərinə əsasən ləğv edilmiş bütün sanksiyalarının bərpasını nəzərdə tutur.
Qeyd edək ki, noyabrın 1-də İranın ali liderinin müşaviri Kamal Harrazi “Al Mayadeen” telekanalına verdiyi müsahibədə İrana qarşı təhlükə yarandığı təqdirdə, ölkəsinin nüvə doktrinasını dəyişə biləcəyini bildirib. Onun sözlərinə görə, Tehranın nüvə silahı hazırlamaq üçün texniki imkanları mövcuddur, lakin bu prosesi yalnız İranın ali lideri Ayətullah Əli Xameneinin belə silahların hazırlanması, istehsalı və istifadəsinə dair qadağası dayandırır.


width="220" alt="İran nüvə sazişini bərpa etməyə hazır olduğunu açıqlayıb" />
width="220" alt="Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />