Azərbaycan və ADB "yaşıl enerji" layihəsi üzrə TİƏ-nın hazırlanmasını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və ADB "yaşıl enerji" layihəsi üzrə TİƏ-nın hazırlanmasını müzakirə edib


Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi" layihəsinin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanmasına dair müzakirələr aparılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu müzakirələr Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin Filippinin Manila şəhərində ADB-nin təşkil etdiyi Asiya Təmiz Enerji Forumu zamanı bankın Şərqi, Mərkəzi və Qərbi Asiya regionları üzrə enerji direktoru Joonho Hwang və inkişaf etməkdə olan sahələr üzrə direktoru Cindy Tiangco ilə işgüzar görüşündə aparılıb.

Görüşdə bankın dəstəyi ilə Azərbaycanda həyata keçirilən enerji layihələri müzakirə edilib.

Bununla yanaşı, enerji sektorunda gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər istiqamətlər, eləcə də qarşıdakı mərhələlər və fəaliyyət planı ətrafında geniş müzakirələr aparılıb.

Oxşar xəbərlər

ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
Azərbaycan ADB ilə “yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbini müzakirə edib
Azərbaycan İsveç ilə Xəzərdə külək enerji layihələrində əməkdaşlığı müzakirə edib
Azərbaycan və ADB enerji sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Mərkəzi Asiya ilə ilk transxəzər enerji dəhlizini reallaşdıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər