Kanadada avtomobilin piyadaları vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb
sizinxeber.az xəbər saytı

Kanadada avtomobilin piyadaları vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb


Kanadanın Vankuver şəhərində küçə festivalı zamanı avtomobilin izdihamı vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə şəhər polisi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Lapu-Lapu festivalında baş verən kütləvi insident nəticəsində 11 nəfər həlak olub”, - paylaşımda qeyd olunur.

Bundan əvvəl Kanadanın Baş naziri Mark Karni festivalda baş vermiş insidentdən sonra ictimai təhlükəsizliyə heç bir təhlükə olmadığını bildirmişdi. O, 20-dən çox insanın yaralandığını qeyd edib.

Oxşar xəbərlər

Kanadada avtomobil izdihamın üzərinə sürülüb, 9 nəfər ölüb - YENİLƏNİB
Kanadada avtomobil izdihamın üzərinə sürülüb, ölənlər var
ABŞ-də “Helen” qasırğası nəticəsində ölənlərin sayı 90-a çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər