Meksika millisinin baş məşqçisi Xavier Aqirre: "İlk yarıda elə də yaxşı oynamadıq"
sizinxeber.az xəbər saytı

Meksika millisinin baş məşqçisi Xavier Aqirre: "İlk yarıda elə də yaxşı oynamadıq"


Meksika yığması Cənubi Afrika Respublikası (CAR) millisinə qarşı DÇ-2026-nın açılış matçının ilk hissəsində elə də yaxşı oynamayıb.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Meksika seçməsinin baş məşqçisi Xavier Aqirre sözügedən oyundan sonra deyib.

O, qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Qələbə qazanmaq hər zaman gözəldir. Lakin etiraf etmək lazımdırsa, ilk yarıdakı çıxışımızı bəyənmədim. Bununla belə, qalibiyyət bizimdir. Növbəti matçlara baxacağıq".

Qeyd edək ki, DÇ-2026-nın açılış matçında Meksika CAR seçməsinə 2:0 hesabı ilə qalib gəlib. Görüş A qrupunda oynanılıb.

Oxşar xəbərlər

CAR millisinin baş məşqçisi Hüqo Bros: "Meksikaya qarşı pis çıxış etmədik"
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Meksika dünya çempionatına qələbə ilə başlayıb
Meksika millisinin kapitanı yığma karyerasını başa vurub
DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər