sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Yaponiya kosmik agentliyi təkmilləşdirilmiş "H3" raketinin buraxılışını həyata keçirib
Yaponiyanın modernləşdirilmiş "H3" daşıyıcı raketi cümə günü səhər sınaq uçuşu çərçivəsində buraxılıb.
"Report" xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (YATA) məlumat yayıb.
Start Tokio vaxtı ilə saat 09:52-də (Bakı vaxtı ilə 04:52-də) Taneqasima kosmodromundan baş tutub.
Faydalı yük kimi raket günəş-sinxron orbitinə "VEP-5" qabarit-çəki maketini, eləcə də Yaponiya və Fransa istehsalı olan altı kiçik kosmik aparatı çatdırmalıdır.
Bu buraxılış səbəbi ikinci pillənin işində yaranan nasazlıq olan 22 dekabr 2025-ci il tarixli uğursuz buraxılışdan sonra bu tip raket üçün ilk olub. Həmin qəza nəticəsində "Mitibiki-5" naviqasiya peyki itirilmişdi.
Oxşar xəbərlər
Yaponiya Müdafiə Nazirliyi: KXDR azı yeddi raket buraxıb
KİV: Şimali Koreya Yaponiya dənizi istiqamətində bir neçə ballistik raket buraxıb
Yaponiya peyklərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır
Tokio raket tutma sistemlərini sınamaq üçün kosmik yük gəmilərindən istifadə edəcək
Çin rabitə texnologiyalarını sınamaq üçün "Shiyan-19" peykini uğurla orbitə buraxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
