İsrail ordusu Livanın cənubunda əməliyyat nəzarəti qurduğunu açıqlayıb
sizinxeber.az xəbər saytı

İsrail ordusu Livanın cənubunda əməliyyat nəzarəti qurduğunu açıqlayıb


İsrail Müdafiə Ordusu Livanın cənubunda Litani çayının cənubunda yerləşən Saluki çayının şimal hissəsində əməliyyat nəzarətinin təmin edildiyini açıqlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, İsrail hərbçiləri Saluki çayının şimalında yerləşən ərazidə əməliyyat nəzarətinin qurulması və ərazinin təmizlənməsi əməliyyatını başa çatdırıblar.

İsrail tərəfi əməliyyatın Livanın cənubundakı mövqelərin möhkəmləndirilməsi və ölkənin şimal yaşayış məntəqələrinə qarşı təhdidlərin aradan qaldırılması məqsədilə həyata keçirildiyini bildirib.

Məlumata görə, Saluki çayı ətrafındakı ərazi “Hizbullah” tərəfindən partlayıcı daşıyan pilotsuz aparatların buraxılması və İsrail hərbçilərinə hücumlar üçün istifadə olunurdu.

İsrail ordusu əməliyyat zamanı yüzlərlə hədəfin məhv edildiyini və 50-dən çox silahlının öldürüldüyünü iddia edib.

Oxşar xəbərlər

İsrail ordusu Livanın Vadi Saluki bölgəsini nəzarətə götürüb
İsrail Ordusu Livanın cənubunda "Hizbullah"a zərbələr endirib
İsrail Livanda üçüncü "Hizbullah" terrorçusunu zərərsizləşdirdiyini açıqlayıb
İsrail Livanda “Hizbullah”ın 3 üzvünü əsir götürdüyünü açıqlayıb
"Hizbullah" Livanın cənubunda İsrail hərbçilərinə qarşı kamikadze dronlardan istifadə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər