Qazaxıstanda kişi avtomobili uşaqların üzərinə sürüb, ölənlər var
Qazaxıstanın Abay vilayətinin Urjar rayonunda avtomobil bir qrup uşağın üzərinə sürüb.
"Sizinxeber.az"un "Kazinform"a istinadən verdiyi məlumata görə, insident nəticəsində üç uşaq ölüb, daha üç uşaq isə yaralanıb.
Bildirilir ki, Besterek kəndində 55 yaşlı “Toyota” sürücüsü idarəetməni itirərək yolun 10 metrliyindəki evin darvazasının qarşısında olan uşaqları vurub.
"Hadisə nəticəsində iki uşaq yerindəcə, biri tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib. Daha üç azyaşlı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib", - Urjarski rayon polis idarəsindən bildiriblər.
Sürücünün saxlanıldığı qeyd edilib. Ekspertiza onun qəza zamanı ayıq olduğunu göstərib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi göyərtəsində reanimatoloq, neyrocərrah və travmatoloqdan ibarət həkim briqadası ilə qəza zamanı xəsarət alan uşaqlara tibbi yardım göstərmək üçün hadisə yerinə gedib.
Oxşar xəbərlər
Qazaxıstanda uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb, məşqçi ölüb
Marneulidə 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
Çində baş verən yol qəzasında 5 uşaq ölüb, xəsarət alanlar var - YENİLƏNİB
Parisdə leysan zamanı bir nəfər ölüb, xəsarət alanlar var
Almaniyada sürücü avtomobili məktəblilərin üzərinə sürüb, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
