sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsraildə avtomobilin velosipedçiləri vurması nəticəsində qadın ölüb
İsrailin şimalındakı Hariş şəhəri yaxınlığında avtomobilin bir qrup velosipedçini vurması nəticəsində bir qadın ölüb, iki nəfər yaralanıb.
“Sizinxeber.az” “The Times of Israel”ə istinadən xəbər verir ki, məlumatı polis və həkimlər təsdiqləyib.
“Magen David Adom” təcili yardım xidmətinin məlumatına görə, ölən 40 yaşlarında olan qadındır. Həkimlər ona kömək etməyə çalışsalar da, onun hadisə yerində ölümünü qeydə almaq məcburiyyətində qalıblar.
Daha iki velosipedçi Haderadakı xəstəxanaya aparılıb, onlardan birinin vəziyyəti ağırdır.
Avtomobilin sükanı arxasında 19 yaşlı gənc olub. O, dindirilmək üçün saxlanılıb.
Polis hadisənin başvermə şəraitini araşdırır.
Oxşar xəbərlər
İranın atəşi nəticəsində İsraildə yaralananların sayı 16-ya çatıb - YENİLƏNİB
İsraildə avtomobilin partladılması nəticəsində 13 nəfər yaralanıb
İranın atəşi nəticəsində İsraildə 11 nəfər yaralanıb
Liverpulda avtomobilin izdihamı vurması nəticəsində azı 27 nəfər xəsarət alıb - YENİLƏNİB
Türkiyədə 6 avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
