Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç: "Növbəti dəfə daha güclü şəkildə geri dönəcəyik"
Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi növbəti dünya çempionatında daha güclü şəkildə iştirak edəcək.
"Sizinxeber.az" Azərbaycan basketbol Federasiyasına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Ratomir Deliç deyib.
Mütəxəssis komandanın Polşada keçirilən mundialdakı çıxışını müsbət dəyərləndirib:
"Bu oyunlardan sonra danışmaq çətindir, amma ilk növbədə demək istəyirəm ki, oyunçularımla çox qürur duyuram. Necə mübarizə apardıqlarını görmək həqiqətən qürurverici idi".
O, əsas heyət üzvlərindən Brianna Freyzerin durumunu açıqlayıb:
"Ümid edirəm ki, Briannanın zədəsi ciddi deyil və o, tezliklə sağalaraq yenidən bizimlə birlikdə meydançaya qayıdacaq. Bu hadisənin baş verməsi üzücüdür, amma idmanda belə şeylər, təəssüf ki, olur. Eyni zamanda, yarımfinalın sonuna qədər tam heyətlə mübarizə aparmaq şansımızın olmamasına görə bir az məyusam. Çünki düşünürəm ki, həmin oyunda çox yaxşı çıxış edirdik. Hətta əvəzetmə imkanımız olmadan və turnirin ən yaxşı bombardirini son 4 dəqiqə və əlavə vaxtda itirməyimizə baxmayaraq, rəqibə çox ciddi müqavimət göstərdik. Buna görə yenə də deməliyəm ki, komandamla qürur duyuram".
R.Deliç milli komandanın oyundan oyuna inkişaf etdiyini sözlərinə əlavə edib:
"Yarış boyunca daha da yaxşılaşdıq və hər gün daha güclü komanda kimi görünürdük. İstədiyimiz nəticəni əldə edə bilmədik, amma göstərdiyimiz performansla qürur duyuruq. Növbəti dəfə daha güclü şəkildə geri dönəcəyik".
Qeyd edək ki, Azərbaycan yığması Polşanın paytaxtı Varşavada keçirilən dünya çempionatında 4-cü yeri tutub.
Oxşar xəbərlər
Ratomir Deliç: "FIBA Çempionlar Kuboku təcrübəsi Azərbaycan millisini daha güclü edəcək"
Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç: "Dünya Kubokunda hər oyuna qələbə üçün çıxacağıq"
"Neftçi"nin baş məşqçisi Ratomir Deliç: "Dünya Seriyasında yaxşı çıxış etməyə çalışacağıq"
Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası mübarizəyə başlayır
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda daha iki oyun keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
