Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq - YENİLƏNİB
Böyük Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq (5,8 milyard dollar) məbləğində hərbi yardım verməyi planlaşdırır.
"Sizinxeber.az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə NATO-nun qərargahında Ukrayna Müdafiəsi üzrə Əlaqə Qrupunun 27-ci iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Biz bu il Ukraynaya hərbi dəstək üçün 4,5 milyard funt sterlinq ayıracağıq - bu, indiyə qədər olan ən yüksək səviyyədir", - o qeyd edib.
Həmçinin C.Hili qeyd edib ki, Ukraynanın müttəfiqləri 2025-ci ildə Ukraynaya 21 milyard avro (23,8 milyard dollar) məbləğində hərbi yardım göstərmək öhdəliyi götürüblər.
Böyük Britaniya Ukraynaya 350 milyon funt sterlinq məbləğində yardım paketi ayırıb.
"Sizinxeber.az"un "Sky News"a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə NATO-nun qərargahında Ukrayna üzrə təmas qrupunun müdafiə nazirlərinin görüşündə bildirib.
"Bu gün cəbhə xəttindəki ukraynalılara 350 milyon funt sterlinq yardım ayırdığımızı elan edə bilərəm. Bu yardım paketi radar sistemləri, tank əleyhinə minalar və yüz minlərlə dron daxildir", - o qeyd edib.
Onun sözlərinə görə, bu, Britaniya-Ukrayna sənaye əlaqələrini gücləndirəcək, həmçinin Kiyevi daha çox silahla təmin edəcək.
Oxşar xəbərlər
Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Ukraynaya hərbi satınalmalar üçün 1,6 milyard funt sterlinq verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Ukraynaya 11 milyard avrodan çox hərbi yardım ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












